1972-ci ildən peşəkar sənətdəyəm, ömrümü Azərbaycan musiqisinə həsr etmişəm.
Bu sözləri News24.az-a Əməkdar artist Firuzə İbadova deyib.
Sənətçi fəaliyyəti və hazırkı durumu haqda bunları söyləyib:
“Şükür Allaha bu gün də sənətdəyəm, calışıram. Bu illər ərzində dövlət xətti ilə bir çox qastrollara getmişəm, dövlət əhəmiyyətli tədbirlərdə çox yaxşı çıxışlarım olub. Allah rəhmət eləsin, o vaxt Rəşid Behbudovun istəyi ilə hazırda onun adını daşıyan mahnı teatrında çalışdım, daha sonra Gülarə xanım Əliyevanın istəyi ilə "Dan ulduzu" ansamblında fəaliyyət göstərdim.
Artıq 50 ildən çoxdur peşakar sənətlə məşğul oluram. Həmişə sənətə qulluq etməyə calışıram, heç vaxt istəmərəm ki, sənət mənə qulluq etsin. Şükür Allaha bu gün də sənətdəyəm, calışıram, Azərbaycan mədəniyyətinə xidmət edirəm. Peşakar sənətin tələbləri var, burda pula qaçmaq kimi amillər yoxdur, özüm də heç vaxt pul arxasınca qaçmamışam. Həmişə gözəl ifalar, dəyərli bəstələri oxuyub xalqıma xidmət etmişəm, böyük bəstəkarla calışmaqdan zövq almışam”.
Xanım ifaçı fəaliyyətindən də danışıb: “10 ildir Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışmışam, hazırda Rəşad Əhmədzadə və Səidə Haqverdiyanın dəvəti ilə uşaq studiyasında calışıram. Artıq mənim 70 yaşım var, ancaq səsim yerindədir, səs tellərim şükür ki, yaxşı vəziyyətdədir. Oxumağa gücüm var. Digər özəl musiqi təşkilatı var, dəvət ediblər, oktyabr ayının sonu işlər başlayacaq noyabr ayının ilk yarısına qədər orada fəaliyyət göstərəcəm. Bu layihədə əsas məqsəd keyfiyyətli musiqini gənclərimizə aşılamaqdır, necə ki, o vaxt müəllimlərimiz bizə belə öyrətmişdilər. O zaman bizim konservatoriyada olduqca peşəkar müəllimlər dərs deyirdi, onların sayəsində 99 faiz bəstəkar mahnılarını ifa etmişəm”.
F.İbadova ilk dəfə olaraq bizim saytda arzusunu dilə gətirdi: “Çox istəyirəm ki, ali təhsil ocağında müəllim kimi dəvət olunum, öz biliklərimi tələbələrlə bölüşüm, onlara yaxşı dərs keçim. Bu gün qürurla deyirəm ki, bir çox muğənnidən daha bilikli, çox savadlıyam. Bəzi müğənillərin potensialı mənim qədər deyil. Mən öz müsiqimizi çox gözəl bilirəm, muğamı yüksək qiymətlərlə bitirmişəm. Xalq mahnıları, klassik mahnıları səviyyədə nəzəri və praktiki cəhətdən bilirəm. Böyük bəstəkarla çalışmışam, musiqi xəzinəm çox zəngindir. İndi yaşamağa ehtiyacım var, dövlət qayğısına ehtiyyacım var. Heç vaxt bu haqda danışmamışam. Mən dövlətimizdən iş istəyirəm, Firuzə İbadova həmişə dövlətinə, incəsətinə, mədəniyyətinə sadiq olub. Bu gün sənətkar olaraq bunu sığınaraq dilə gətirirəm. Öz növbəmdə həmişə musiqiyə töhvə verəcəm. Həqiqəqtən də bu gün pedaqoq kimi töhvə verə bilərəm. Bu sözləri tam məsuliyyətimlə deyirəm. Sizin vasitənizlə yazan, zəng edən, maraqlanan media nümayəndələrinə təşəkkür edirəm”.
Ağa