“Yaxın Şərqdə Ermənistanın təhlükəsizlik vəziyyətinə birbaşa və dolayısı ilə təsir edən hadisələr baş verir”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü, revanşist deputat Tiqran Abramyan yazıb.
“Qlobal miqyasda bunlar İranla bağlı və əsasən də İrana qarşı hərəkətlərdir ki, bu da Cənubi Qafqazda güc balansına böyük təsir göstərəcək. Təsadüfi deyil ki, İsrailin bir neçə ölkə ərazisində hərbi əməliyyatlar aparması fonunda Azərbaycan İsraillə yeni hərbi-texniki müqavilə imzalayır. İndi vəziyyət, mübaliğəsiz, partlayış səviyyəsindədir. Bunun Ermənistana birbaşa necə təsir edəcəyi və ya bizi buna kimin cəlb edəcəyi bir çox amillərdən asılıdır”, - deyə Abramyan qeyd edib.
Musavat.com