AZ

İsrailin növbəti hədəfi Bəşər Əsəd olacaq - Türkiyə kəşfiyyatı

“İsrailin növbəti hədəfi Suriya prezidenti Bəşər Əsəd olacaq”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Akademiyasının vitse-prezidenti Hakkı Uyğur məlumat yayıb.

“İsrail əvvəlcə peycerlər, ardınca isə telsizlər vasitəsilə geniş hücumlardan sonra “Hizbullah” komandirlərinin görüş yerlərini vurdu və bir çox yüksək rütbəli şəxsi öldürdü. Lakin şübhəsiz ki, onun ən mühüm hücumu 27 sentyabrda təşkilata 30 ildən artıq rəhbərlik edən məşhur lider Həsən Nəsrullaha qarşı həyata keçirdiyi hücum olub. ABŞ istehsalı olan bir çox bunker deşici bombanın eyni vaxtda istifadəsi ilə Hizbullah lideri həyatını itirdi. Nəsrullahın son çıxışında “texnoloji üstünlük düşmənin tərəfindədir” bəyanatı müəyyən mənada onun sonu idi”, - deyə o vurğulayıb.

O, bildirib ki, Terror təşkilatı ilə mübarizə apardığını iddia edən Təl-Əviv rəhbərliyi çox sıx məskunlaşan bir ərazidə bir neçə nüvə bombasına bərabər partlayıcılardan istifadə edərək, təkcə HƏMAS və təşkilata dəstək verən Qəzza xalqını cəzalandırmaq deyil, həm də Fələstini qorxutmağa çalışır.

Hakki Uyğur qeyd edib ki, İsrailin növbəti hədəfi olduğu düşünülən Əsədin Ankaranın çağırışlarına necə yanaşacağı önəmlidir. Yeni dövrdə Türkiyə Fələstin məsələsi ilə bağlı qlobal kampaniyaya rəhbərlik etməyə davam edərkən, Tehranın boşaldacağı ehtimal olunan təsir sahələrini kimin və necə dolduracağını qiymətləndirməli və bəlkə də xarici siyasətində düzəlişlər etməli ola bilər.

 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
41
24
missiya.az

10Mənbələr