AZ

İsrail Qəzza zolağında daha bir jurnalisti qətlə yetirib

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.
 
Bildirilib ki, bir neçə ingilisdilli media orqanında çalışan jurnalist Vəfa Əli əl-Adeini İsrail ordusunun Qəzzaya hücumu zamanı həlak olub.

2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 174-ə çatıb.

İsrail ordusunun Qəzza zolağında jurnalistləri hədəf alması pislənilib və jurnalistlərin öldürülməsində İsrail rəhbərliyinin məsuliyyət daşıdığı vurğulanıb.

Qəzza hökuməti bəyan edib ki, İsrail fələstinlilərin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzza zolağında jurnalistləri qəsdən öldürüb.
 
Oksana

Seçilən
37
9
azxeber.com

10Mənbələr