AZ

GDU-da məzunlardan diplom üçün pul alan sektor müdiri işdən çıxarılıb

Sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin tələbələri görüntü yayıb. Görüntülərdə onlardan diplomlarını götürmələri üçün pul tələb edilir.

Xəzərnews.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, görüntülərdə tələbələrdən pul tələb edən şəxs Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət Verdiyevdir və o, artıq cəzalandırılıb.

Açıqlamada bildirilib ki, görüntülərdə tələbələrdən pul tələb edən şəxs cəzalandırılıb:

“Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub",

Xəbər 2 dəfə oxunub.
Seçilən
5
37
xezernews.az

10Mənbələr