AZ

Bakıda satılan ən bahalı avtomobil budur

Hazırda Bakıda satılan ən bahalı avtomobilin markası məlum olub. Elan avtomabil satışı ilə məşğul olan saytların birində yerləşdirilib. 

News24.az xəbər verir ki, bu, 2024-cü ilin istehalı olan, 999 km yürüşlü “Lamborghini Urusdur”, onun satış qiyməti 853.920 manatdır. 

Xatırladaq ki, 4.0 l mühərrikli avtomobil 685 at gücündədir. “Lamborghini Urus” 100 km/saat sürəti cəmi 3,6 saniyəyə yığır. 

Qeyd edək ki, maksimal sürəti isə saatda 306 km/saatdır. Bu avtomobillərin qiymətləri isə 800-900 min manat arasında dəyişir. Avtomobilin könüllü sığortası ilə bağlı ənənəvi tarifləri nəzərə alsaq, bu avtomobillərin illik kasko sığortası 10-20 min manata başa gəlir.

Ağa


Seçilən
15
news24.az

1Mənbələr