OpenAI-nin bu il 5 milyard dollar zərər gözlədiyi açıqlanıb. Mənbə təsdiqləyib ki, gələn il şirkətin gəlirinin 11,6 milyard dollara yüksələcəyi gözlənilir.
Microsoft tərəfindən dəstəklənən OpenAI, bu il 3,7 milyard dollarlıq gəlirdən təxminən 5 milyard dollar zərər gözlədiyini açıqlayıb.
Şirkət ötən ay 300 milyon dollar gəlir əldə edib. Bu, ötən ilin əvvəli ilə müqayisədə 1700 faiz artım deməkdir.
OpenAI-a yaxın mənbədən CNBC-yə istinadən verilən məlumata görə, şirkət gələn il 11,6 milyard dollarlıq satış etməyi planlaşdırır.
The Times qəzetinin xəbərinə görə, OpenAI-nin maliyyə sənədlərini araşdıran bir maliyyə mütəxəssisi bu il gözlənilən itkilərin təxminən 5 milyard dollar olduğunu o, bunun əməliyyat xərcləri, işçilərin maaşları və ofis icarəsi kimi maddələrdən qaynaqlandığını bildirib. Həmçinin bildirilib ki, bu xərclərə səhm əsaslı kompensasiya daxil deyil.
Microsoft-un dəstəyi ilə fəaliyyət göstərən OpenAI hazırda dəyərini 150 milyard dollardan çox artırmağı hədəfləyən maliyyələşdirmə mərhələsindədir. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Thrive Capital bu raundda iştirak edir və 1 milyard dollar sərmayə qoymağı planlaşdırır və Tiger Global da iştirak etməyi düşünür.