AZ

Elmir Musayev: “Yaşıl enerji”yə qlobal keçid SOCAR dünya bazarında iştirakını genişləndirməyə imkan verib”

“Yaşıl enerji”yə qlobal keçid Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) dünya bazarında iştirakını genişləndirməyə imkan verib.

"Report" xəbər verir ki, bunu "SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev bu gün Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.

O qeyd edib ki, şirkətin strategiyası 2050-ci ilə qədər “xalis sıfır”a nail olmağa hədəflənib.

“2023-cü ilin sonunda SOCAR-ın Müşahidə Şurası şirkətinin “yaşıl təşəbbüs”lərini təşviq edəcək xüsusi təşkilatın yaradılması barədə qərar qəbul edib və bu ilin əvvəlində şirkət rəsmi olaraq təsis edilib”, - baş direktor bildirib.

E.Musayev qeyd edib ki, gənc şirkət olan “SOCAR Green”in böyük ambisiyaları var və artıq “yaşıl enerji” ilə bağlı bəzi layihələrdə böyük irəliləyiş əldə edib.

“Bildiyiniz kimi, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 giqavat təşkil edir. Bunu nəzərə alaraq, biz tərəfdaşımız Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə bu sahədə layihənin imkanlarını qiymətləndiririk”, - o əlavə edib.

Seçilən
62
1
sam.az

2Mənbələr