Payız çağırışçılarının sərhəd rayonlarına göndərilib-göndərilməyəcəyi ilə bağlı sual Müdafiə Nazirliyinə verilməlidir.
“İki sahil“ RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bunu Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək lazımdır, bu Müdafiə Nazirliyinin mövzusudur”- deyə, Peskov bildirib.
Qeyd edək ki, Rusiyada payız çağırışı sabah, oktyabrın 1-də başlayır və dekabrın 31-dək davam edəcək. Baş Qərargah əmin edib ki, çağırışçılar yeni bölgələrdə hərbi əməliyyatlarda iştirak etmək üçün göndərilməyəcək.