Ulduz futbolçu keçmiş komandasına qayıtmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Əl-Hilal"da aldığı zədədən sonra uzun müddət meydanlardan kənar qalan Neymar növbəti mövsüm klubdan ayrılmağa hazırlaşır. Bu barədə "Fichajes" məlumat yayıb.
Braziliyalının "Santos"a dönmək qərarı verdiyi iddia olunur.
Qeyd edək ki, karyerası boyunca böyük uğurlara imza atmış oyunçu 1-i Çempionlar Liqası olmaqla 29 kubok qaldırdı.