İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 615-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 360 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saat ərzində həyata keçirdiyi hücumlarda daha 20 fələstinlinin həyatını itirdiyi, 108 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 41 min 615-ə, yaralıların sayının isə 96 min 359-a yüksəldiyi qeyd edilib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.