AZ

Çimərlikdə oyun fəlakətlə bitdi: 8 yaşlı uşaq öldü

Antalyanın Kumluca rayonunda çimərlikdə oynayarkən üzərlərinə yıxılan qum təpəsinin altında qalan uşaqlardan biri ölüb, digəri isə yaralanıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, 8 yaşlı Ezgi Yavuz və Ahmet Serdar Ünver sahildə dalğaların əmələ gətirdiyi qum təpəsinin yanında oynamağa başlayıblar.

Bir müddət sonra uşaqlar qum təpəsinin altında qalıblar.

Uşaqlardan Ezgi Yavuzun həyatını xilas etmək mümkün olmayıb, Əhməd Serdarın müalicəsi isə davam edir.

Onu da qeyd edək ki, ibtidai məktəbin 3-cü sinif şagirdi Ezgi Yavuzun nəfəs borusuna qum girməsi nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Günel Məlikzadə


Seçilən
63
news24.az

1Mənbələr