AZ

Məktəblərdə tətbiq olunacaq yeni mexanizm abituriyentlər üçün bu vacib köməkliyi göstərəcək-EKSPERT

Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasibin son zamanlar abituriyent və müəllimləri çox narahat edən vacib məsələ barəsindəki şərhini təqdim edir:

 

Ötən gün cənab nazir Emin Əmrullayev məktəblərdə yeni mexanizm tətbiq olunacağını bildirdi. Həmin mexanizmə əsasən, şagirdlərin akademik fəaliyyəti ilə yanaşı psixoloji durumu, sağlamlığı ən vacib amillərdən hesab olunmalıdır. Bununla əlaqədar olaraq, bullinq halları ilə mübarizə ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması və hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı yaxın günlərdə məktəblərə mexanizmin tətbiqinə başlanılacaq. Bu istiqamətdə 4000 müəllim və 2000-dən artıq məktəb direktoru təlimlərə cəlb olunacaq. Eyni zamanda təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydalarının tətbiq edilməsi düşünürəm ki, müəllim və şagird arasında dostluq münasibətlərini formalaşdıracaq önəmli məsələdir. Xüsusilə qəbul imtahanına hazırlaşan 11-ci sinif şagirdlərinin psixoloji sağlamlığının təmin olunması ən önəmli faktorlardan biridir.

 

 

Son günlərdə 2 məktəblinin intihar etməsi kimi depresiyya halları təəssüf doğurur. Bunun yaşanmaması üçün şagird-müəllim-valideyn birliyi lazımdır. Xüsusən də pandemiya şəraitində bu olduqca vacibdir. Artıq 1 ildir ki, 11-ci sinif şagirdləri məktəbə gedə bilmirlər. Bütün günü ev şəraitində olmaq, imtahana onlayn formada hazırlamaq onlara psixoloji və mənəvi təsir göstərir.  

 

Seçilən
45
46
tehsil.biz

10Mənbələr