"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi üçün İngiltərə Premyer Liqasında oynamaq şansı yaranıb.
Sportal.az xəbər verir ki, yayda "Liverpul"un təklifini qəbul etməyən ispan futbolçunun xidmətində bu dəfə "Mançester Siti" maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Rodri uzun müddətlik sıradan çıxdığı üçün "şəhərlilər" onun mövqeyinə həmyerlisini gətirmək istəyir. "Mançester Siti" 25 yaşlı orta xətt oyunçusu üçün yanvar ayında onun klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Martin Zubimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi