AZ

Komitə sədri: Bakı şəhərinin Baş Planı 2040 Azərbaycanın inkişafı üçün bir nümunə kimi göstərilir

Komitə

Bakı, 30 sentyabr, AZƏRTAC

İqlim dəyişikliyinə dayanıqlı şəhərsalma Azərbaycan üçün vacib sahələrdən biridir. “Bakı şəhərinin Baş Planı 2040” Azərbaycanın inkişafı üçün bir nümunə kimi göstərilir. Bu, çoxmərkəzli dayanıqlı komponentləri özündə ehtiva edən bir modeldir və təbii, tarixi arxitektura qorunur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Şəhər Konteksti – Qurulmuş Ətraf Mühit, Risk və Davamlılıq” mövzusunda panel sessiyada deyib.

"Şəhərləri elə dizayn etməliyik ki, təkcə bu zamanın deyil, gələcəyin dayanıqlı şəhərləri olmalıdır.

Şəhərlər innovasiyaların, mobilliyin təməlində dayanır və ÜDM-nin yaradıcılarıdırlar. Eyni zamanda, emissiyaların 70 faizi şəhərlərdə yaranır və qlobal enerji istehlakının 2/3-ni təşkil edir.

Yaşıl binalar, eyni zamanda, bərpa olunan enerjinin təbliği bütün şəhərsalma strategiyasının əsas elementlərindən biridir. COP29-da bu haqda müzakirələr aparılacaq.

Onu da qeyd edim ki, IFC ilə birlikdə yaşıl bina təşəbbüsünə başlamışıq. Bir sıra tikinti şirkətləri isə yaxın gələcəkdə öz tikinti təcrübələrində lazım olan tədbirləri həyata keçirəcəklərinə dair öhdəlik götürüblər", - deyə A.Quliyev bildirib.

Seçilən
41
azertag.az

1Mənbələr