Səudiyyə Ərəbistanı Pro Liqasının 5-ci turunun oyunu başa çatıb.
Fanat.Az xəbər verir ki, “Əl-Nəsr” Ər-Riyadda “Əl-Vəhda”nı qəbul edib.
Portuqaliyalı ulduz Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" rəqibi üzərində inamlı qələbə qazanıb - 2:0.
Meydan sahibləri hər hissədə bir qol vurub. 41-ci dəqiqədə Qabriel Ancelo, 56-cı dəqiqədə isə Ronaldu fərqlənib. Portuqaliyalı penaltini qola çevirib.
“Əl-Nəsr” məğlubiyyətsizlik seriyasını 5 matça çatdırıb və 11 xalla 2-ci yerdədir.
Mirağa