AZ

Yollarda yaranan sıxlığın qarşısını necə alaq? – EKSPERT

Həftənin azı 2-3 günü səhər tezdən yollar bağlanır və nəqliyyatın hərəkəti tənzimlənir. Saat 09:30-a qədər vətəndaşlar tıxacda qalır. Qalan günlər isə bu hal baş vermir.
Nəzərə alsaq ki, təcili yardım maşınları, hamilə qadınlar üçün çətin vəziyyət yaranır. Belə vəziyyətlərin qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yolların məcburi hərəkəti təşkili ilə bağlı onu demək olar ki, artıq bu proses bir neçə ildir həyata keçirilir.

Ekspertin sözlərinə görə, ümumi olaraq sıxlığın bir istiqamətdə azaldılması ən çox şəhərə daxil olan vaxtlarda baş verir. Yəni Bakıətrafı qəsəbələrdən şəhərin mərkəzinə doğru istiqamətlərdə baş verir.

“Bu artıq ənənə halını almışdır. Bir neçə böyük prospektlərdə və küçələrdə həyata keçirilir. Bunun başlıca məqsədi süni sıxlığı azaltmaq, süni şəkildə müəyyən giriş-çıxışları təşkil etməkdir.

Ona görə ki, Bakı şəhəri bildiyimiz kimi şərq memarlığı üslubunda olan şəhərdir. Bakı şəhərinin əsas elementi olaraq küçə və prospektləri ensiz və dardır. Ona görə ki, orada hərəkəti buraxmaq qabiliyyəti çox aşağı səviyyədədir. Və bunun aşağı olmasının bir səbəbi də nəqliyyat vasitələri üçün küçələrə daxil olan nəqliyyat vasitələri sıxlıqla qarşılaşır və hərəkətin təşkilində uyğunsuzluqlar əmələ gəlir.
Bu nöqteyi nəzərdən onu deməyə əsas verir”.

Dəniz Pənahova

Seçilən
6
tribunainfo.az

1Mənbələr