Bir müddət əvvəl evliliklərində qara buludlar olduğu iddia edilən aktrisa Bensu Soral və iş adamı Hakan Baş evliliklərinin yeddinci ildönümünü qeyd ediblər. Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, cütlüyün sosial şəbəkələrdəki paylaşımları diqqət çəkib.
2018-ci ildə ailə quran aktrisa Bensu Soral və iş adamı Hakan Başın son illər evliliklərində böhran yaşanıb.
2021-ci ildə bu mövzuda açıqlama verən Hakan Baş, “Evliliyimizlə bağlı həssas bir prosesdəyik. Zamana ehtiyacımız var” deyib.
Məşhur aktyorun həyat yoldaşı deyib: “Düzdür, Bensu ilə razılaşa bilməyəcəyimizi düşündüyümüz bəzi məsələlərə görə təxminən bir aya yaxın təlatümlü dövr keçirdik. Digər tərəfdən bir araya gəlmək üçün qarşılıqlı səylər göstəririk. Kənardan gələn yanlış şərhlər daha da çətin prosesə səbəb oldu”.
Evliliklərini xilas etməyi bacaran cütlük yeddinci ildönümünü paylaşıb. Bensu Soral hazırladığı foto albomu İnstaqram hesabında “Yubileyi mübarək” mesajı və sonsuzluq emojisi ilə yerləşdirib.
Dəniz