AZ

Sabahdan hava kəskin dəyişəcək - Güclü yağış, dolu və qar yağacaq

Havanın dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Qlobal.net-ə verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 2-si günün birinci yarısında fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 1-i əsasən dağlıq və dağtəyi rayonlarda, 2-dən 3-ü gündüzədək isə əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Seçilən
0
49
qlobal.net

10Mənbələr