AZ

"Ona görə də "çərçivə" qoruyucusu oldum" - Alison Beker

"Liverpul"un braziliyalı qapıçısı Alison Beker erkən gənclik illərində yarımmüdafiəçi mövqeyində oynadığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, braziliyalı qolkiperin sözlərini klubun rəsmi saytı belə çatdırıb:

"Qardaşım qapıçının işinin nə qədər ağır olduğunu bildiyi üçün mənim başqa mövqedə oynamağımı istəyirdi. Yarımmüdafiəçi kimi bir oyun keçirdim və dedim: "Yox, bu mənlik deyil". Qardaşımın qapıçı mövqeyindəki çıxışını həvəslə izləyirdim. Ona görə də "çərçivə" qoruyucusu oldum. Qapını qorumaq xoşuma gəlir, bu işi sevirəm".

Xatırladaq ki, Alison "Liverpul"a 2018-ci ildə "Roma"dan keçib. O, "qırmızılar"la Çempionlar Liqasının, İngiltərə Premyer Liqasının, eləcə də Klublararası Dünya Çempionatının qalibi olub. 

Nihat


 

phrase_var_article.chosen
56
fanat.az

1phrase_var_article.sources