AZ

Erik ten Haq: “Premyer Liqa məşqçiləri arasında dostum yoxdur”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının məşqçiləri arasında dostlarının olmadığını bildirib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Xeyr, biz sadəcə həmkarıq, amma dost deyilik. İngiltərə futbolunda hər zaman oyunlardan sonra görüşmək kimi yaxşı ənənə olub, amma bu gün bütün kütləvi informasiya vasitələri ilə bu ənənə getdikcə aradan qalxır”, deyə Ten Haq bildirib.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 123 oyuna çıxarıb, 71 qələbə, 17 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 227:173 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Cari mövsüm İngiltərə Premyer Liqasında 6 turdan sonra Ten Haqın “Mançester Yunayted”i 7 xalla 12-ci pillədə qərarlaşıb.

Seçilən
35
arena.az

1Mənbələr