AZ

Britaniyada kömürlə işləyən sonuncu elektrik stansiyası bağlanır

Britaniyada

London, 30 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın kömürlə işləyən sonuncu elektrik stansiyası bu gün fəaliyyətini dayandıracaq.

AZƏRTAC xəbər verir ki, Britaniyanın şərqi Midlands bölgəsində yerləşən Ratcliffe-on-Soar elektrik stansiyası 1968-ci ildən bəri kömürlə işləyən dörd qazan, səkkiz böyük soyutma qülləsi və 199 metr hündürlüyündə baca vasitəsilə elektrik enerjisi istehsal edirdi.

Kömür XX əsrdə Böyük Britaniyanın milli enerji təchizatında əsas rol oynayaraq, 1990-cı ildə ölkənin elektrik istehsalının təxminən 80 faizini təşkil edib. Bu rəqəm 2012-ci ildə 39 faizə enib.

Milli Şəbəkənin Elektrik Sistemi Operatorunun məlumatına görə, həmin dövrdən bəri kömürlə işləyən 15 elektrik stansiyası ya bağlanıb, ya da başqa yanacaqlara keçib. Ötən il kömürün ölkənin enerji təchizatında payı cəmi 1 faiz olub. Bu, Böyük Britaniyanın təmiz enerji mənbələrinə keçidinin göstəricisidir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
10
4
azertag.az

5Mənbələr