Mənfəət gözləntilərini yenidən azaldan şirkətin səhmləri bu il dəyərinin 15%-ni itirərkən, bazar dəyəri 2021-ci ildə 129 milyard avrodan 52 milyard avroya düşüb.
İndex.az xəbər verir ki, “Volkswagen” iki ay yarımdan sonra yenidən mənfəət proqnozlarını azaldarkən, şirkətin birjadakı səhmləri satış təzyiqinə məruz qalıb.
Alman avtomobil istehsalçısı cümə günü fond bazarı bağlandıqdan sonra verdiyi açıqlamada, gözləniləndən daha zəif satış performansını əsas gətirərək, 2024-cü il maliyyə gözləntilərini üç aydan az müddətdə ikinci dəfə azaldıb.
Müvafiq olaraq, “Volkswagen” əvvəllər 6,5-7% olan mənfəət marjasının bu il 5,6%-ə (təxminən 18 milyard avro) düşəcəyini gözləyir.