AZ

Azərbaycan gimnastlarından Sankt-Peterburqda 4 medal

Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolskiy” kubokunda 4 medal qazanıblar.

Futbolinfo.az xəbər verir ki, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.

Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıb.

Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev – Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.

Seçilən
6
11
futbolinfo.az

10Mənbələr