AZ

Çin elektrik avtomobillərinin Avropada satışı son 1,5 ilin ən aşağı səviyyəsinə düşüb -"Bloomberg"

Avropada Çin elektrik avtomobillərinin satışı son il yarım ərzində ən aşağı səviyyəyə düşüb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu haqda “Bloomberg”in Dataforce və Jato Dynamics tədqiqatçılarının hesablamalarına istinadla yaydığı məlumatda qeyd edilib.

Belə ki, Aİ-də Çin elektromobilləri arasında ən populyar brend olan MG brendinin (avtomobil istehsalçısı SAIC Motors-a məxsusdur) elektrik avtomobillərinin satışı avqustda ötən ilin avqust ayı ilə müqayisədə 65% azalıb.

Çinin elektrik avtomobillərinin, xüsusən də MG brendinin satışlarının azalmasına səbəb iyun ayında Aİ-nin Çin elektrik avtomobillərinin idxalına tarifləri 17%-dən 38%-ə qədər artırmasıdır. Avropa tənzimləyiciləri Çin istehsalçılarını Çin hökumətindən gizli dəstək almaqda və dempinq etməkdə günahlandırdılar.

SAIC-ə maksimum 38% idxal tarifi tətbiq edilib. BYD məhsulları üçün əlavə tarif 17,4%, Geely markalı məhsullar üçün isə 20% təşkil edib. Avropa Komissiyası (AK) izah edib ki, bu fərq şirkətlər tərəfindən alınan dövlət subsidiyalarının müxtəlif məbləğləri ilə izah olunur.

Seçilən
360
ikisahil.az

1Mənbələr