AZ

Putin 133 min rusiyalını hərbi xidmətə çağırır

Putin

Prezident Vladimir Putin Rusiya vətəndaşlarının hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, 2024-cü il oktyabrın 1-dən dekabrın 31-dək olan müddətdə ehtiyatda olmayan və hərbi xidmətə çağırılacaq 18-30 yaş arası 133 min rusiyalı hərbi xidmətə göndəriləcək.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini, eləcə də rütbəcə vitse-admiral olan Vladimir Tsimlyanski fərmanla bağlı bildirib ki, ordu sıralarına, yaxud da payız çağırışı çərçivəsində hərbi xidmətə çağırılacaq şəxslər Ukrayna ərazisindəki döyüş gedən hərbi məntəqələrdə "dövlət əməliyyatlarına və xüsusi əməliyyatlara cəlb edilməyəcəklər".

Oqtay QORÇU
Seçilən
37
reyting.az

1Mənbələr