AZ

Stoltenberqdən Rusiyanın nüvə doktrinasındakı dəyişikliklərə REAKSİYA

Rusiya nüvə doktrinasında NATO-nun bu məsələ ilə bağlı siyasətinə yenidən baxmasını tələb edən dəyişikliklər etməyib.

Azpost.info xəbər verir ki, bunu Alyansın səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq “Reuters”ə bildirib.

Onun sözlərinə görə, NATO Rusiya siyasətində Alyans tərəfindən dəyişiklik tələb edəcək hər hansı yeni məqam tapmayıb.

O, həmçinin Alyans üzvlərini Kiyevə yardımı davam etdirməyə və Rusiyadan qaynaqlanan “nüvə ritorikasına” uymamağa çağırıb.

“Biz nə vaxt yeni silah növləri – tanklar, uzaqmənzilli silahlar və ya F-16 qırıcı təyyarələri şəklində yardımı artırsaq, ruslar bunun qarşısını almağa çalışırlar. Onlar bacarmadılar və bu son nümunə də NATO müttəfiqlərinin Ukraynaya yardımına mane olmayacaq”, – Stoltenberq əlavə edib.

Azpost.info

Seçilən
47
azpost.info

1Mənbələr