AZ

"Malmö"nün hücumçusu “Qarabağ”la oyunu buraxacaq

Bakı, 30 sentyabr, AZƏRTAC

İsveçin “Malmö” komandasının futbolçusu Sead Hakşabanoviç Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri II tur matçını buraxacaq.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşdə forma geyinməyəcək. Qasıq nahiyəsində problem aşkarlanan oyunçu bu həftə əməliyyat olunacaq.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Malmö" qarşılaşması saat 20:45-də start götürəcək.

Seçilən
65
4
azertag.az

4Mənbələr