AZ

Xəstəxanaya gedən şəxs təcili yardımı qaçırdı

İzmirdə müalicə üçün Çeşme Dövlət Xəstəxanasına gedən şəxs xəstəxana bağçasında dayanan təcili yardımı qaçırıb. 

News24.az xəbər verir ki, hadisə yerinə çoxlu polis qrupları sövq edilib. 

Təcili yardım maşınındakı izləmə sistemindən avtomobilin yerini təyin edən qruplar xəstəxana yaxınlığında avtomobili dayandırıb.

Şübhəli M.K. qruplar tərəfindən vasitədən çıxarılaraq nəzarətə alınıb. 

Saxlanılan şübhəlinin hadisəni “Məni izləyirlər, qaçıracaqlar” deyərək təcili yardım sürücüsünü avtomobildən itələyərək törətdiyi iddia edilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Məryəm İlhamqızı

Seçilən
74
50
news24.az

10Mənbələr