AZ

İtaliyada inflyasiya 1 faizdən də aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliyada inflyasiyanın 1 faizdən aşağı düşməsi Avropa Mərkəzi Bankını (ECB) faiz endirimlərini sürətləndirmək üçün təzyiqə məruz qoyub.

Banco.az xəbər verir ki, İtaliya Statistika İnstitutundan verilən açıqlamada istehlak qiymətləri avqust ayında bir il əvvələ görə 1,2 faiz artsa da, sentyabrda cəmi 0,8 faiz artıb.

Bu yavaşlamanın əsas səbəbləri enerji, nəqliyyat və rabitə xərcləri olub.

Bu baxımdan investorların ilin üçüncü faiz endiriminin oktyabr ayında baş verəcəyinə dair gözləntiləri artıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
63
banco.az

1Mənbələr