AZ

Belarusda Litva ilə sərhədə pilotsuz təyyarə endirilib

Belarus sərhədçiləri Litva ilə sərhədə pilotsuz təyyarə endirib.Elchi.az xəbər verir ki, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi Telegram -da məlumat yayıb.Hadisə sentyabrın 29-da Voronovski rayonunda baş verib. Dronun sərhəddən 100 metr aralıda Lida sərhəd dəstəsinin hərbçiləri tərəfindən aşkar edildiyi dəqiqləşib. Dövlət Sərhəd Komitəsinin açıqlamasında bildirilir ki, pilotsuz uçuş aparatı (PUA) standart silahlardan istifadə edilməklə məcburi eniş edilib.Nəticədə PUA müsadirə edilib, sahiblərinə qarşı inzibati iş başlanıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirirlər.Nuranə Məmmədova

Seçilən
19
elchi.az

1Mənbələr