AZ

Sərhat Akını yaralayan da, sifarişçi də bəlli oldu!

Məlum olduğu kimi ''Fənərbaxça''nın sabiq futbolçusu, son illərdə şərhçi və tənqidçi kimi fəaliyyət göstərən Sərhat Akın silahlı hücuma məruz qalmışdı.

O, şənbə günü ''yutub''da qatıldığı bir verilişdən çıxarkən naməlum şəxs tərəfindən ayağından güllə ilə vurulmuşdu. Türkiyə futbol ictimaiyyətində böyük rezonans doğuran bu hadisənin iştirakçılarının tapılması yönündə dərhal iş başladı. Məsələyə ölkənin daxili işlər nazirliyi də qoşuldu. Polislərin apardığı əməliyyatlardan sonra hadisəni törətməkdə şübhəli bilinən şəxslər həbs olundu və ortaya tamamilə yeni faktlar çıxdı. Dünən Türkiyənin daxili işlər naziri Əli Yerkikaya 4 nəfərin həbs olunduğunu açıqladı. Hadisə yerindəki kameralar incələndikdən sonra olay zamanı həm motosiklet, həm də maşından istifadə olunduğu üzə çıxdı. Maşın və motosikletin izinə düşən polislər şübhəliləri Tuzlada yaxaladı. Sərhata atəş açan şəxsin Ozan Dalmaz, onu hadisə yerindən uzaqlaşdıran motosikl sürücüsünün Osman M. olduğu üzə çıxdı. Hadisədə istifadə olunan tapança da ələ keçirildi. Eləcə də motosiklin nömrəsinin saxta olduğu müəyyənləşdirildi. Əsas məsələyə, yəni hadisənin törədilmə səbəbinə gəlincə, adı açıqlanmayan bir şəxsin ifadəsi ortaya çıxdı. Həmin şəxsin sözlərinə görə hadisədən bir müddət sonra Sərhatı yaralayan Ozan Dalmaz ilə görüşübmüş. Ozan Dalmaz ona bir nəfəri 250 min lirə qarşılığında sifarişlə vurduğunu deyibmiş. Sifarişi verən şəxs isə onların qohumu olan Hasan Ş. imiş. Polislər Hasan Ş. ilə bağlı araşdırma apararkən onun bir çox cinayətlərdə adının olduğu və hazırda Gürcüstanda gizləndiyi məlum olub. Yəni hələ ki, bir çox futbolsevərin iddia etdiyi kimi ''Fənər''in indiki rəhbərliyinin bu işdə heç bir əli yoxdu. Sərhat tez-tez başqan Əli Koç və vitse-prezident Acun Ilıcalını sərt şəkildə tənqid etdiyindən bir çoxları bu hadisədə indiki rəhbərliyin ''barmağının'' olduğunu düşünürdü. Elə hadisəni törədən Ozan Dalmaz da əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub.

ƏLİ

Seçilən
17
football-plus.az

1Mənbələr