Rusiyada qullar saxlanılan ferma aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına köləlik və məcburi əmək məsələləri ilə məşğul olan “Alternativ” hərəkatı məlumat verib. Bildirilir ki, Rusiya Federasiyasının Tula vilayətində qulların olduğu ferma aşkarlanıb.
Tula yaxınlığındakı fermalardan birinin sahibləri qeyri-adi işlərə cəlb edilmiş ən azı on nəfəri köləlikdə saxlayıblar. Qullar bütün günü yaxından nəzarət altında alma yığırdılar və axşam yaxşı iş gördükləri üçün onlara spirtli içki verilirdi.
Lakin fermaya gətirilənlərdən biri telefonu corabında gizlədərək kömək istəməyi bacarıb. “Alternativ” könüllüləri təhlükəsizlik qüvvələri ilə birlikdə gecə reyd üçün fermaya gələndə 50-yə yaxın adam qazmadan çıxıb. Reyd iştirakçılarını fermada heç bir qanunu pozmadıqlarını bildirən “qaraçı qadın” qarşılayıb.
“Gizlədəcək heç nəyimiz yoxdur, amma tədbiri rəhbərlərinizlə razılaşdırdınızmı? Nə hay-küy salırsız, burada qul yoxdur. Biz hər şeyi qanuna uyğun edirik: müqavilələrimiz var, heç kimi zorla saxlamırıq”, – ferma sahibi deyib.
İstintaq Komitəsinin rayon şöbəsi insanların qanunsuz olaraq azadlıqdan məhrum edilməsi ilə bağlı araşdırmalara başladığını bildirib. Onlar aydınlaşdırıblar ki, söhbət Tula vilayətinin Belevski rayonunda “qaraçılara” məxsus fermadan gedir.
“Yoxlamanın nəticələrinə əsasən, prosessual qərar qəbul ediləcək”, – şöbə bildirib.
Xuraman Etibarlı
İnterpress.az