Gümrü-Qars dəmir yolu Ermənistan və Türkiyə üçün yeni imkanlar açaraq mühüm nəqliyyat dəhlizinə çevrilə bilər.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Onun fikrincə, bu dəmir yolu marşrutunun bərpası, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək.
“Bir çox logistika zəncirləri hazırda bağlanıb və ya səmərəsiz işləyir” – deyə Kostanyan qeyd edib.
O, həmçinin üçüncü dövlətlərin vətəndaşları və diplomatları üçün Marqarada sərhədin açılması ilə bağlı hələ reallaşdırılmamış razılaşmaya diqqət çəkib.
“Biz bir daha təsdiqlədik ki, Ermənistan tərəfi sazişin icrasına başlamağa hazırdır”, - deyə Kostanyan bildirib.