AZ

İcma: COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələr hücumlarını intensivləşdiriblər

COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr, “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Erməni lobbisi ilə sıx əlaqəli olan “Freedom House”, “Human Rights Watch” və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa da, artıq bunu açıq şəkildə edirlər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, artıq bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə “Freedom House”un erməni millətçisi Şeyla Paylan tərəfindən “Newsweek”də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.

“Biz bu hücumları qətiyyətlə pisləyir və Paylanın işlədiyi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsini (UNODC) onun haqqında zəruri ölçü götürməyə çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Seçilən
5
24
nocomment.az

10Mənbələr