AZ

Gürcü parlamentari AŞPA-nı Azərbaycanla bağlı dialoq prinsiplərinə riayət etməyə çağırıb

Gürcü

Strasburq, 30 sentyabr, AZƏRTAC

Bəzi avropalı anti-Azərbaycan deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində ölkəmizlə bağlı müzakirələrin salınmasını istəyib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze buna etirazını bildirib.

“Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, hesab edirəm ki, bütün tərəflərin burada olması, iştirak etməsi və yeni seçilmiş parlamentlə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır. Ona görə də mən verilən təklifi şübhə altına almaq istərdim”, - deyən Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının üzvü, Gütcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze, AŞPA-nı dialoq prinsipinə riayət etməyə çağırıb.

Seçilən
13
9
azertag.az

10Mənbələr