AZ

Mask yaxın gələcəkdə “dron döyüşlərinin” başlayacağını deyir


Amerikalı milyarder İlon Mask yaxın gələcəkdə “dron döyüşlərinin” başlayacağını proqnozlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
“Ağlınızı başınızdan alacaq pilotsuz təyyarə döyüşləri gəlir”, - deyə Mask səhifəsində yazıb.
Belə ki, o, bu fikri platformanın başqa bir istifadəçisinin ABŞ-nin bir ildə təxminən 20 min pilotsuz uçan aparat (PUA) istehsal edə biləcəyi, Çinin isə bu rəqəmi bir gündə əldə edə biləcəyi barədə yazısını şərh edərkən bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ müdafiə nazirinin satınalma, texnologiya və logistika üzrə müavini Duqlas Buş bildirmişdi ki, ABŞ ordusu PUA alışını sursat alışı səviyyəsinə çatdırmaq niyyətindədir.
Digər tərəfdən, sentyabrın 12-də ABŞ-nin quru qoşunları komandanı Kristin Uormut qeyd etmişdi ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin öyrənilməsi nəticəsində əldə edilmiş təcrübə əsasında PUA istehsalını artıracaq.
“Defence One” nəşri isə avqust ayında ABŞ-nin hər ay təxminən 5 000 və ya daha az PUA istehsal etdiyini, Ukraynanın isə 2023-cü ilin mayından ayda təxminən 10 000 PUA-dan istifadə etdiyini bildirmişdi.
Seçilən
17
yeniavaz.com

1Mənbələr