41 yaşlı kişi arvadının sürücülük imtahanından keçə bilmədiyinə görə təlimçini döyüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 29-da Türkiyənin Adana şəhərində baş verib.
Məlumata görə, evdar qadın olan Esma V. yol kəsişməsində dönərkən dönmə siqnalını yandırmadığı üçün 4-cü dəfə sürücülük imtahanından kəsilib. Həmin vaxt təlim maşınının arxasından gələn Esma V.-nin əri Murat V. bu vəziyyətə çox əsəbiləşib.
Bundan sonra Murat V. mübahisə etdiyi təlimçi müəllim Bəddal A.-ya yumruqla zərbə endirib.
Ağır zərbələr alan Bəddal A. təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Burun sınığı diaqnozu alan Baddal A. Murat V.-yə qarşı şikayət ərizəsi yazıb.
Polis nəzarətinə götürülən Murat V ifadəsində, hadisənin arvadının 4-cü dəfə imtahandan kəsildiyinə görə etdiyini yazıb.
O, daha sonra hakim qarşısına çıxarılaraq həbs edilib.
Namiq Musayev