AZ

"Fənərbaxça"da ciddi itki: "Tvente"yə qarşı oynamayacaq

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçu Super Liqanın 7-ci turunun "Antalyaspor"la səfər matçında (2:0) ayaq əzələsindən zədələnib. 28 yaşlı mərkəz müdafiəçisi 3 oktyabr tarixində Avropa Liqasında "Tvente" ilə keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" Çağlar Söyüncünü bu ilin yanvar ayında "Atletiko"dan transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi oyunda 1 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
46
1
sportal.az

2Mənbələr