AZ

"Lukaku tarazlığı dəyişib, amma..."

İtaliya A Seriyasının turnir cədvəlinin 1-ci pilləsində mövqe tutan "Napoli"nin baş məşqçisi Antonio Konte 6-cı turda "Montsa" üzərində qazandıqları qələbədən sonra komandanın hücumçusu Romelu Lukakudan danışıb.

Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun sözlərini belə çatdırıb:

"Lukaku tarazlığı dəyişib, amma forma yığmalıdır. Onun son qolda olduğu kimi, hücuma fayda verməsi vacibdir. Romelu buraya ideal formada gəlməyib. Öz üzərində işləyir. Lukaku bu gün komanda üçün çox işlədi. Qol vursaydı, çox yaxşı olardı. Biz milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən maksimum faydalanmağa çalışacağıq".

Nihat

Seçilən
10
fanat.az

1Mənbələr