AZ

Tağımı iıə birgə düşmənin 185 canlı qüvvəsini məhv edən xüsusi təyinatlı leytenant

Hələ uşaqlıqdan hərbçi olmağı arzulayır...

Ailənin yeganə oğul övladı olur...

Ailəsi onun FHN Akademiyasında təhsil almağını istəsə də, o hərbi sahəni seçir...

Heydər Əliyev adına Ali Hərbi Məktəbi uğurla başa vurur...

XTQ kurslarından uğrla keçərək XTQ sıralarına leytenant kimi qatılır...

İki il XTQ mənsubu kimi Vətənə xidmət edir... Heç bir yaralını döyüş mövqeyində buraxmır...

Əsgərlərinə xüsusi qayğı ilə yanaşır...

Vətən Müharibəsində Murovdağ istiqamrtindəki yüksəkliklərin alınmasında xüsusi şücaət göstərən, Cəbrayıl, Füzuli, Xocavənd uğrunda qəhrəmancasına döyüşən, dəstəsi ilə birgə düşmənin 185 canlı qüvvəsini və xeyli sayda hərbi texnikasını məhv edən, təkbaşına, içində 25 əsgəri olan düşmən postunu vuran, Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksələn XTQ-nin leytenantı, komandir Elnur Vəliyev!

Açıklama

İgidimiz Vətən qarşısındakı xidmətlərinə görə "Vətən uğrunda", "Vətən Müharibəsi iştirakçısı", "Şücaətə görə" medalları ilə, o cümlədən, "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Atası danışır ki, "Elnur döyüşə getdiyini bizdən gizlətmişdi. Narahat olmayaq deyə, "təlimə gedirəm" demişdi. Müharibənin qızğın vaxtıydı. Füzulidən zəng etdi. Səsi elə sevincli idi ki... Deyirdi ki, düşməni hər iki tərəfdən sıxışdırıb, məhv edib, öz əsgərlərimizlə üz-üzə gəldik. O an sevincimizdən qucaqlaşdıq, zəfərimizi qeyd etdik."

Bacısı deyir ki, "Elnurun nişanı olmalıydı. Ona hazırlaşırdıq. Özünə ev tikmişdi. Çox böyük arzuyla, həvəslə bəzəyirdi evini... Qardaşıma mələk simalı canavar deyirdilər. Çünki çox yaraşıqlıydı, evə, ailəsinə bağlı, çox mehriban insan olduğu qədər də, düşmənə qarşı amansız, qəzəbli, barışmaz, cəngavər oğlan idi. Hamımıza sevgi, qayğı göstərirdi... O həmişə deyirdi ki, siz mənim üçün böyük xəyallar quranda mən artıq 5-ci sinifdə oxuyarkən hərbçi olmaq qərarımı vermişdim. Elnur çox vətənpərvər idi. Onun Vətən sevgisini sözlə ifadə edə bilmirəm...

" Qeyd edim ki, Elnur Vəliyev şəhid, XTQ mənsubları Mehdi Şıxəliyev və Röyal Mədətovla yaxın dost olub. Üç dost... Üç igid... Üç qardaş... Üç şəhid...

Həyat hekayən, arzularının yarıda qalması içimi nə qədər göynətsə də, göstərdiyin şücaətlər ürəyimi dağa döndərdi igidim mənim! Allah sənə rəhmət eləsin! Məkanın cənnət, əziz ruhun şad olsun!

Səni unutmarıq! Unutdurmarıq!

Sevinc Bəhmənli

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Seçilən
66
turkustan.az

1Mənbələr