AZ

Kennedinin sui-qəsd cəhdindən sonra çəkilən videosu 137 minə satıldı


ABŞ prezidenti Con Kennedinin kortejinin sui-qəsd cəhdindən sonra Dallas şossesi ilə xəstəxanaya doğru sürətlə getməsinin yeni yayımlanan görüntüləri hərracda 137 500 dollara satılıb.
Yeniavaz.com
“Associated Press”ə istinadən xəbər verir ki, 8 mm-lik rəngli film Bostondakı “RR Hərracı”nda satışa çıxarılıb.
Hərrac evi alıcının anonim qalmaq istədiyini bildirib. Film 22 noyabr 1963-cü ildə lentə alınandan bəri rejissor Deyl Karpenterin ailəsindədir. Film Karpenterin az qala prezident və birinci xanım Jaklin Kennedini daşıyan limuzinə çırpılması ilə başlayır, eyni zamanda kortejdəki digər avtomobilləri Lemmon prospektindən aşağı şəhər mərkəzinə doğru gedərkən çəkir. Film daha sonra Kennediyə sui-qəsd cəhdindən sonra kortejin bərk sürətlə hərəkət etməyi ilə davam edir.

 
Seçilən
28
yeniavaz.com

1Mənbələr