AZ

Dayanma və durmanı qadağan edən nişan olmayan ərazidə cərimə yazıla bilər? – DYP-dən AÇIQLAMA VİDEO

Yolda dayanma və durmanı qadağan edən nişan yoxdur, amma avtomobil sahiblərinə buna görə cərimə yazılır...

Xezerxeber.az-ın xəbərinə görə, paytaxtın Səbail rayonu M.Müşviq küçəsi 4B ünvanında yaşayan sakinlər iddia edirlər.

Sakinlərin sözlərinə görə, bir neçə ildir ki, avtomobillərini binanın yaxınlığındakı küçədə park edirlər. Son bir neçə aydır ki, onlara dayanma və durma qaydasını pozduqları əsas göstərilərək cərimə yazılır.

Sakinlər deyirlər ki, dəfələrlə bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə müraciət ediblər.  Hətta təkilif də veriblər.

Sakinlərin üzləşdiyi problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, günün pik saatlarında həmin ərazidə tıxac yarandığından avtomobillərin park edilməsi qadağan olunub.

Yol yeni təmir olunub və yaxın günlərdə orada yenidən cizgi və nişanlama xətləri çəkilərkən, bütün lazımi yol nişanları da qoyulacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
69
20
xezerxeber.az

10Mənbələr