AZ

Putin Yakuşevi Rusiya Təhlükəsizlik Şurasından çıxardı

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edib. Dövlət başçısının imzaladığı sərəncam hüquqi məlumatların dərci üçün rəsmi portalda yerləşdirilib.

KONKRET.az xəbər verir ki, Rusiya lideri Təhlükəsizlik Şurasına prezidentin köməkçisi Aleksey Dyumini, baş nazirin birinci müavini Denis Manturovu və Federal Tibbi və Bioloji Agentliyin rəhbəri Veronika Skvortsovanı daxil edib. Həmçinin Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar Baş İdarəsinin rəhbəri Aleksandr Lints Təhlükəsizlik Şurasının üzvü olub.

“Aşağıdakı şəxslər Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri sırasına daxil edilsinlər: A. G. Dyumin, A. L. Lints, D. V. Manturov, V. İ. Skvortsova”, – fərmanın mətnində deyilir.

Sənədin mətninə əsasən, Putin həmçinin prezidentin Ural Federal Dairəsi üzrə nümayəndəsi Vladimir Yakuşevi Rusiya Təhlükəsizlik Şurasından xaric edib.

Aysu İbrahimova,
KONKRET.az

Seçilən
27
konkret.az

1Mənbələr