AZ

Sosial şəbəkələrdə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkələrdə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitlərini ələ keçirən Mirağa Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, “Instagram” vasitəsilə tanış olduğu şəxslərə investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verərək onların pullarını ələ keçirməkdə şübhəli bilinir.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Seçilən
46
47
yeniazerbaycan.com

10Mənbələr