Türkiyə millisinin və “Fənərbağça” klubunun sabiq futbolçusu Serhat Akına silahlı hücum təşkil etməkdə şübhəli bilinən 6 nəfərdən 5-i həbs olunub.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, saxlanılan digər şəxs isə şərti azadlığa buraxılıb.
Veteran hücumçu ekspert kimi çıxış etdiyi televiziya proqramından sonra yolda tanımadığı şəxslərin hücumuna məruz qalmışdı.
Qeyd edək ki, 2000-2005-ci illərdə “Fənərbağça”nın formasını geyinən Serhat Akın 125 oyunda 41 qol vurub.
Xatırladaq ki, Serhat Akın ekspert kimi çıxış etdiyi proqramdan qayıdarkən sentyabrın 26-da yerli saatla 23.30 radələrində İstanbulun Beykoz rayonunun Kavacık məhəlləsində silahlı hücuma məruz qalıb. O, ayağından yaralanıb.
Namiq Musayev