AZ

Masallı rayonu üzrə təhsil sektoruna müdir təyinatı olub - DOSYE

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektor müdiri təyin edilib. Asiya.az xəbər verir ki, bu vəzifəyə Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışan Elman Rzayev təyinat alıb. Elman Rzayev Lənkəran rayonunun Boladi kəndində anadan olub.▪︎1999-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. ▪︎1999-cu ildən Boladi kənd 2 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb.▪︎2002-2010-cu illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.▪︎2010-2022-ci illərdə Boladi kənd 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.▪︎2022-ci ildən hazırki təyinatadək Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.//Bizim Lənkəran Təbrik edirik. Masallı rayonunun təhsili üçün xeyirli olsun.

Seçilən
5
2
asiya.az

3Mənbələr