İsrailin müdafiə naziri Yoav Gallant İsrailin Livanda mümkün quru əməliyyatı ilə bağlı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Times of İsrael” məlumat yayıb.
Nazir bildirib ki, qısa zamanda “Hizbullah”la müharibənin növbəti mərhələsi başlayacaq:
“Vəziyyəti dəyişəcəyik və sakinləri öz evlərinə qaytaracağıq”.