Premyer Liqanın 8-ci turunda “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edib.
Bölgədəki oyuna maraq kifayət qədər yüksəkdir.
Tovuzdan 100-ə yaxın tərəfdar sevimli komandalarını dəstəkləmək üçün Şamaxıya təşrif buyurub. Həmçinin, “Turan Tovuz-2”nin məşqçi və futbolçu heyəti də tribunadakı yerini tutub.
Bakıdan gələn 20-yə yaxın jurnalist də matçı işıqlandırmaq üçün Şamaxıya gəlib.
Şamaxılı azarkeşlərə gəlincə, əvvəlki görüşlərdən fərqli, bu dəfə sayları çoxdur. Bazar günü, uyğun saat və Ayxan Abbasov - “Turan Tovuz” prinsipiallığı saya təsirsiz ötüşməyib.
“Şamaxı” azarkeşlərindən birinin qaldırdığı “Ramizlə Premyer Liqaya, Ayxanla Avropaya” plakatı matça xüsusi rəng qatmaqdadır.
HƏBİB / SPORTİNFO.AZ