AZ

Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 7,3% artıb

2024-cü ilin yanvar-avqust aylarında Ermənistanla Avrasiya İqtisadi İttifaqının (Aİİ) qalan ölkələri arasında ticarət dövriyyəsi 7,3% artıb. 

Valyuta.az xəbər verir ki, bunu İrəvanda Avrasiya İqtisadi Forumu zamanı ölkənin iqtisadiyyat nazirinin müavini Arman Xocoyan deyib.

“Əgər biz logistika layihələrindən danışırıqsa, o zaman kənd təsərrüfatında logistika və infrastruktur böyük rol oynayır, malların istehlakçılara səmərəli və sürətli çatdırılması üçün onlar vacibdir. Əgər gömrük nəzarəti məlumatlarına istinad etsək, Ermənistanın Aİİ-nin qalan ölkələri ilə ticarət dövriyyəsi 2024-cü ilin yanvar-avqust ayları üçün 7,3% artıb. Biz əvvəllər də eyni artımı qeydə almışdıq”, - o deyib.

Oktyabrın 1-də İrəvanda həmçinin iştirakçı ölkələrin hökumət başçılarının iştirakı ilə Aİİ Hökumətlərarası Şurasının iclası keçiriləcək. Ermənistan 2024-cü ildə təşkilatın orqanlarına sədrlik edəcək.

Nicat

phrase_var_article.chosen
104
valyuta.az

1phrase_var_article.sources